Qayınanasını yastıqla boğub, meyiti gizlətdi
    • 25-06-2023, 14:05
    • 515

Qayınanasını yastıqla boğub, meyiti gizlətdi

Çelyabinsk vilayətində kişi qayınanasını öldürərək meyiti gizlədib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, faktla bağlı cinayət işi başlanıb.

Əməliyyatçılar müəyyən ediblər ki, Uyski rayonunun Vandışevka kəndindəki evlərdən birində yaranmış mübahisə zamanı şübhəli şəxs münaqişə zəminində qayınanasını yastıqla boğub. Sonra cəsədi bir yerdə gizlədib.

Qatil həbs edilib. Həbs-qətimkan tədbirinin seçilməsi və ittiham irəli sürülməsi məsələsi həll edilir. Faktla bağlı araşdırmalar aparılır.