Xersonda raket əleyhinə müdafiə gücləndirildi
    • 25-06-2023, 14:16
    • 118

Xersonda raket əleyhinə müdafiə gücləndirildi

Ukrayna hərbçilərinin Çonqar körpüsünə zərbəsindən sonra regionda mülki infrastrukturun raket əleyhinə müdafiəsi gücləndirilib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xerson vilayətinin qubernatoru Vladimir Saldo öz "Telegram" kanalında bildirib. 

“Biz cinayətkar Kiyev rejiminin mülki infrastruktura daha çox ziyan vurmasının qarşısını almaq üçün tədbirlər görürük”,- deyə o, əlavə edib.

Vladimir Saldo həmçinin iyunun 22-də raket zərbəsi nəticəsində zədələnmiş Çonqarski körpüsünün bərpası prosesinə başladıldığını da qeyd edib və onun yalnız 15-20 gündən sonra açıla biləcəyini bildirib. O əalvə edib ki, körpünün üzərindəki keçid də tezliklə bərpa olunacaq.

Aynurə