Nərimanovda maşın oğurlayan şəxs saxlanılıb
    • 26-02-2019, 11:46
    • 593

Nərimanovda maşın oğurlayan şəxs saxlanılıb

Bakıda Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Dərhal 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə F.X.Xoski prospektində aşkar edilib. 

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əhmədli saxlanılıb.

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.