Bakıda maşın oğurlayan şəxs SAXLANILIB
    • 30-04-2019, 12:18
    • 910

Bakıda maşın oğurlayan şəxs SAXLANILIB

Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Musayev aprelin 28-də saat 3 radələrində evinin qarşısından “Saipa” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Qısa müddətdə avtomobil M.K.Atatürk prospektindəki evlərin birinin qarşısında tapılıb. 

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Xəlilov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.