Aİ İrana qarşı 9-cu sanksiya paketini qəbul edib
    • 26-06-2023, 16:11
    • 211

Aİ İrana qarşı 9-cu sanksiya paketini qəbul edib

Avropa İttifaqı (Aİ) ölkədə insan hüquqlarının pozulması səbəbindən İrana qarşı 9-cu sanksiya paketini qəbul edib.

News24.az xəbər verir ki, qərar Aİ-nin rəsmi jurnalında dərc edilib.

Sənəddə deyilir ki, İranın 7 məmurunun adı qara siyahıya salınıb - iki qubernator, bir prokuror, bir hakim müavini və üç polis əməkdaşı.

Adları qara siyahıya salınan şəxslərin hamısına İttifaq ölkələri ərazisinə girişi bağlanıb və onların Avropadakı aktivlərinin bloklanacağı qərara alınıb.