Gədəbəydə çaydan kişi meyiti tapılıb
    • 30-06-2023, 19:59
    • 178

Gədəbəydə çaydan kişi meyiti tapılıb

Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisindən keçən çaydan kişi meyti aşkarlanıb.

News24.az​​​-ın məlumatına görə, meyit tibbi ekspertizaya aparılıb.

Araşdırmalar zamanı onun Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Tofiq Məhəmməd oğlu Səfərov olduğu bilinib.

Kənd sakinlərinin bildirdiyinə görə, meyit çayla axaraq həmin əraziyə gəlib.

Faktla bağlı araşdırma aparılır.