Keniyada yol qəzasında 48 nəfər həlak olub
    • 1-07-2023, 00:43
    • 218

Keniyada yol qəzasında 48 nəfər həlak olub

Keniyanın qərbində baş verən yol qəzasında azı 48 nəfər ölüb.

News24.az​​​ xəbər verir ki, bu barədə Keniyanın "Standard" qəzeti məlumat yayıb.

Hadisə Keriço və Nakuru şəhərləri arasında baş verib. Şahidlərin sözlərinə görə, yük avtomobilinin sürücüsü idarəetməni itirərək altı avtomobilə çırpılıb, daha sonra isə kanala düşüb. Yaralılar xəstəxanaya yerləşdirilib.