-
- 14-04-2023, 20:14
- 286
Keniyada dünyanın sonunu gözləyən 4 nəfər aclıqdan ölüb
Keniyanın şərqində dünyanın sonunun yaxınlaşdığını düşünən və bu səbəbdən aclıq edən dini təriqətin dörd üzvü ölüb.
News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Keniyanın Kilifi dairəsinin polisi məlumat yayıb.
“Aprelin 13-də dörd nəfər aclıqdan ölüb, onlar Keniyada 20 il əvvəl pastor Pol Makkenzi tərəfindən yaradılmış, qalmaqalları ilə məşhur olan “Xoş xəbərlər” beynəlxalq kilsəsinin üzvləri olublar. Daha 11 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 6-nın vəziyyəti ağırdır”, - Keniyanın “Nation” qəzeti polis nümayəndəsindən sitat gətirib.
İcma bir neçə gün əvvəl dünyanın sonunun gələcəyini iddia edərək meşənin dərinliyinə gedib. Pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.