-
- 1-07-2023, 00:56
- 257
Zelenski: "Ukrayna NATO sammiti öncəsi döyüş meydanında nəticə göstərmək istəyir"
"Ukrayna iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitinə qədər döyüş meydanında müəyyən nəticələr göstərməyi planlaşdırır".
News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İspaniya mətbuatına müsahibəsində deyib.
"Sammitə qədər biz nəticələri göstərmək istəyirik, lakin hər kilometr həyat bahasına başa gəlir”, - dövlət başçısı bildirib.
Dövlət başçısı müttəfiqləri Ukraynaya silah verməyə davam etməyə çağırıb:
"Bu mövzuda çox diqqətliyik. Sürətli işlər həmişə təhlükəsiz olmur. Mənə desələr ki, iki ay keçəcək və minlərlə insan öləcək, ya da üç aydan sonra daha az adam öləcək, əlbəttə ki, sonuncunu seçərəm. Ən önəmli insanlardır".
Xatırladaq ki, iyunun əvvəlindən Ukrayna hərbçiləri cəbhənin bir neçə istiqamətində aktiv əməliyyatları davam etdirir. Bir neçə həftə ərzində onlar səkkiz yaşayış məntəqəsini azad ediblər.