-
- 1-07-2023, 10:40
- 271
Daşkəsəndə bir-neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırıldı
29 iyun axşam saat 18:00 radələrindən başlayaraq Daşkəsənə yağan intensiv leysan yağışları qısa müddətdə güclü dağıdıcı selə və çaylarda daşqınlara səbəb olub.
News24.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Daşkəsən şəhərindən rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərində çaylar məcrasından çıxaraq daşıb. Rayonun yol infrastrukturuna ciddi ziyan dəyib. Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən əksər yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb.
Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Qeyd edək ki, sözügedən yollar nəzarətdə saxlanılır.