-
- 1-07-2023, 10:59
- 479
60 manata görə 3 il 6 ay həbs cəzası aldı
Gəncə sakini Maksim Qəhrəmanovu bıçaqlamış 1975-ci il təvəllüdlü Çingiz Məmmədovun məhkəməsi keçirilib.
News24.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, Maksim hadisənin baş verdiyi gün dostu Çingizdən 60 manat pul borc alıb və axşam qaytaracağına söz verib.
Axşam saatlarında Maksim Çingizin evinə gəlib və onlar birgə yeyib-içiblər. Daha sonra Maksim dostuna deyib ki, başqa bir şəxs ona pul gətirir. Hər iki şəxs evdən birgə çıxaraq Gəncə şəhəri, A.Abbaszadə küçəsinə «Dədəmin Apteki»nin yaxınlığına gediblər. Burada Maksim bir neçə dəfə kiminləsə telefonla danşıb və Çingizi 2 saata yaxın gözlədib.
Aldadıldığını düşünən və Maksimim borcu qaytarmayacağı qənaətinə gələn Çingiz onunla mübahisə etməyə başlayıb və dava-dalaş olub. Bu zaman o, bıçaqla dostunun döş qəfəsinə ağır zərbə endirib. Ağciyəri zədələnən Maksim xəstəxanaya çatdırılıb. Tibbi müdaxilədən sonra onun həyatı xilas edilib.
Məhkəmədə Maksim Çingizlə barşdığını deyib və ondan şikayətçi olmayıb.
Gəncə Ağır Cinayətlər Məhkəmsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən proses iyunun 22-də başa çatıb. 60 manat borca görə dostunu bıçaqlayan Çingiz 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Taleh BAĞIROV