Ermənistan İranla sərhəddə TUNEL TİKİR: Kredit ayrılacaq
    • Dünən, 23:28
    • 61

Ermənistan İranla sərhəddə TUNEL TİKİR: Kredit ayrılacaq

Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hökumətin iclasında Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu tərəfindən Şimal-Cənub dəhlizi çərçivəsində İranla sərhəddə Kacaran tunelinin tikintisi üçün Ermənistana 200 milyon dollar kredit ayrılacağını açıqlayıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, məlumatı “Azad İran” telegram kanalı yayıb.

Sanosyan tunelin 7 kilometr uzunluğunda olacağını və tikintisi ilə sözügedən marşrut boyunca nəqliyyatın daha yüksək sürətlə həyata keçiriləcəyini, o cümlədən məsafənin əhəmiyyətli dərəcədə qısalacağını bildirib.

Qeyd olunub ki, tunel İrəvan istiqamətində İran sərhədinə gedən yolda yerləşəcək və hər gün bu yoldan 300-ə yaxın İran yük maşını keçəcək.