Rusiya bu əsgərləri cəzalandıracaq
    • Dünən, 22:30
    • 59

Rusiya bu əsgərləri cəzalandıracaq

Rusiya parlamentinin qəbul etdiyi yeni qərara görə, Ukrayna müharibəsinin davam etdiyi cəbhələrdə telefondan istifadə edən rus əsgərləri komandirləri tərəfindən cəzalandırıla bilər.

News24.az xəbər verir ki, qanunda deyilir ki, hərbi qulluqçulara internet üzərindən video, foto, geolokasiya məlumatlarını saxlamağa və ya göndərməyə imkan verən hər hansı cihaza sahib olmaq 15 günə qədər həbslə cəzalandırılır.

Həmçinin rus əsgərlərini və ya onların yerlərini müəyyən etməyə kömək edəcək hər hansı məlumatın ötürülməsi qadağandır.

Günel Məlikzadə