"Torpaq sürüşməsində ölənlərin sayı 500-ü keçə bilər
    • Dünən, 23:00
    • 89

"Torpaq sürüşməsində ölənlərin sayı 500-ü keçə bilər"

BMT-nin Humanitar Məsələlər Bürosu (OCHA) Efiopiyanın cənub-qərbində bazar və bazar ertəsi baş verən torpaq sürüşmələrində ölənlərin sayının 257-yə yüksəldiyini və daha da artaraq 500-ə çata biləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, bazar günü gecə dağlıq Qofa bölgəsində yağan güclü yağış torpaq sürüşməsinə səbəb olub.

Daha sonra bazar ertəsi səhər saatlarında meydana gələn ikinci sürüşmədə ilk qurbanları xilas etməyə çalışan qrup yerin altında basdırılıb.

Qeyd edək ki, OCHA cümə axşamı etdiyi yeniləmədə ən azı 125 nəfərin məcburi köçkün olduğunu və 12 nəfərin yaralandığını bildirib.

Daha da sürüşmə təhlükəsi ilə əlaqədar 15 mindən çox insanın təcili təxliyə edilməli olduğu vurğulanıb.

Eyni zamanda, BMT-nin baş katibi Antonio Quterreş təbii fəlakətlə bağlı başsağlığı verib, sözçüsü Stefan Düjarrik isə "dərin təəssüfləndiyini" bildirib.

Günel Məlikzadə