-
- 3-07-2023, 10:24
- 453
Bakıda 17 yaşlı oğlan atasını bu səbəbdən bıçaqladı
Bakı şəhər Binəqədi rayonu, “Sarıqaya” Metallurgiya düşərgəsindəki nömrəsiz evdə atası Qiyamət Muradovu bıçaqlayan 17 yaşlı Elməddin məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, o, Bakı Ağır Cinayətlər Məkəməsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə bildirilib ki, yeniyetmə oğlan atasının onu işləmədiyinə görə evdən qovmaq istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb. Belə ki, 17 yaşlı Elməddin daha əvvəl evdən qovulub və küçələrdə yaşayıb. O gizli şəkildə evə gələrək yatıb və gecə 2-də atası onu yatdığı yerdən qaldıraraq evdən çıxarmaq istəyib. Bu zaman Elməddin bıçaqla atasını döş qəfəsindən vurub.
O, məhkəmədə hadisə barədə bunları deyib: “Zərərçəkmiş şəxs doğma atamdır. Mən məktəbi 9-cu sinfə kimi oxumuşam, oxuya bilmədiyim üçün məktəbdən çıxdım və atamın tələbi ilə ayrı-ayrı işlərdə, maşın yuma sexləri, tikinti obyektlərində gücüm çatana qədər işləyib pulu atama vermişəm. Atam çox vaxt işləmədiyi üçün ailəni, yəni ata-anam və iki bacımı dolandırmaq üçün məndən evə pul gətirməyi tələb edirdi. Atam anam və bacılarıma qarşı da kobuddur, hətta anama bir dəfə bıçaq xəsarəti yetirib. Daha əvvəl də evdə atamla davam olub. O məni dəmir tava ilə başından vuraraq xəsarətlər yetirdi, mən isə özümü qoruyaraq atamı taxta ilə vurdum. Bundan sonra atam məni evdən qovdu. Qalmağa yerim olmadığı üçün yarıtikililərdə ac-susuz gecələməyə məcbur oldum. Nəhayət dözməyərək həmin gecə axşam hava qaralandan sonra atamın yatmasını zənn edərək evimizə gəldim. Anama ac olduğumu, küçələrdə bu soyuqda qalmaqdan üşüdüyümü bildirdim. Anam yemək verdi, bundan sonra özümə aid çarpayıda yatdım. Gecə 02 radələrində üstümdən adyalın kənara çəkilməsini və atamın qışqırıq səslərini eşidərək oyanım. Atamın evdən çıxıb getməyimi tələb etməsinə etiraz etdim, qalmağa başqa yerimin olmadığını dedim. Bundan sonra atam mətbəxə keçərək bir əlində tava, bir əlində bıçaq qayıdıb tava ilə başımdan vurdu. Atamın bıçaqla vurmasının qarşısını almaq üçün əlini tutub dartaraq bıçağı aldım. Onu itələyəndə bıçaq ona batdı. Anam araya girib bizi araladı, atamı təcili yardım maşını ilə xəstəxanaya apardılar”.
Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Qiyamət Muradov oğlunun narkotik çəkdiyini iddia edib. O daha sonra təqdim etdiyi ərizədə oğlu ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yun 2023-cü il tarixli hökmü ilə 17 yaşlı oğlan Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə təqsirli bilinib. O, 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Taleh BAĞIROV