Vuçiçin oğlu həbs edildi
    • 3-07-2023, 13:20
    • 125

Vuçiçin oğlu həbs edildi

Serbiya prezidenti Aleksandr Vuçiçin oğlu Danilo Vuçiç Kosovoda həbs edilib.

News24.az NSN-ə istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələrinin prezidentin oğlunu Trud kəndində həbs etdiyi qeyd edilir.

Kiçik Vuçiçin harada olduğu hələlik məlum deyil.

Bundan əvvəl yerli KTV kanalı Serbiya prezidentinin oğlunun Vidovdan bayramında Kosovodakı Qraçanitsa kilsəsini ziyarət etdiyi zaman geyindiyə paltara diqqət çəkib. Paltarın üzərində “Təslim olma” yazısı yer alıb.

Akqabay