Zurabişvili "Georgian Airways"ı boykot edib
    • 20-05-2023, 20:03
    • 204

Zurabişvili "Georgian Airways"ı boykot edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyaya birbaşa uçuşları bərpa etdiyinə görə, "Georgian Airways" aviaşirkətini boykot edib.

News24.az xəbər verir ki, Salome Zurabişvili bu barədə keçirdiyi brifinqdə bildirib.

Vətəndaşları da boykota qoşulmağa çağıran Salome Zurabişvili qeyd edib ki, "Georgian Airways" şirkəti istər pandemiya dövründə, istərsə də ölkə əhalisinin böyük əksəriyyəti üçün qəbuledilməz olan hazırkı vəziyyətdə varlanmaq üçün dövlətin verdiyi bütün imtiyazlardan istifadə edib.

Əlavə edib ki, aviaşirkət pul qazanmaq üçün istənilən yola əl atmağa hazırdır.

Qeyd edək ki, "Georgian Airways" aviaşirkəti 4 illik fasilədən sonra bu gün Rusiyaya birbaşa uçuşları bərpa edib. Şirkətin sərnişin təyyarəsinin bu gün Moskvanın Vnukovo hava limanına endiyi bildirilir.