Rusiya aviaşirkəti Moskvadan Gəncəyə uçuşları artırdı
    • 3-07-2023, 23:57
    • 231

Rusiya aviaşirkəti Moskvadan Gəncəyə uçuşları artırdı

Bu gündən Rusiyanın “Utair” aviaşirkəti Moskvadan (“Vnukovo” beynəlxalq hava limanından) Gəncəyə uçuşları gündəlik edib.

News24.az​​​ xəbər verir ki, bunu “Utair”in prezidenti Oleq Semyonov bildirib.

Onun sözlərinə görə, aviaşirkət beynəlxalq uçuş proqramını genişləndirməyə davam edir: “Bu mövsüm Surqut və Tümendən Bakıya uçuşların sayı artıq artırılıb. Bu gündən isə Moskvadan Azərbaycanın 2-ci ən çox məskunlaşmış şəhəri olan Gəncəyə gündəlik reyslər həyata keçirməyə başlayırıq”.

Həmçinin, “Utair” Qroznı-Bakı, Moskva-Bakı, Samara-Bakı, Sankt-Peterburq-Bakı, Surqut-Bakı, Tümen-Bakı, Ufa-Bakı, Moskva-Gəncə, Moskva-Naxçıvan istiqamətində də reyslər yerinə yetirir.