Azərbaycanda zəlzələ zamanı dağıntı və təlafat olub? - DİN-dən AÇIQLAMA
    • 4-07-2023, 01:07
    • 417

Azərbaycanda zəlzələ zamanı dağıntı və təlafat olub? - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, tələfatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə  News24.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

"DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir", - nazirlikdən qeyd edilib.