Azərbaycanda dağıcıdı zəlzələlər ola bilər? -
    • 4-07-2023, 12:23
    • 798

Azərbaycanda dağıcıdı zəlzələlər ola bilər? - "Proqnozlaşdırmaq mümkündür, amma..."

"Zəlzələnin vaxtını əvvəldən təxmin etmək mümkün deyil. Zəlzələlərdən ən çox zərbə alan ölkə Yaponiyadır. Orada 40 ildir avtomatik fəaliyyət göstərən seysmik stansiyalar var. Yaponların dərin təqdiqatlarının sonunda bu qənaətə gəlinib ki, zəlzələni proqnozlaşdırmaq mümkündür, amma dəqiq vaxtını heç kim deyə bilmir".

Bu fikirləri News24.az-a açıqlamasında ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov deyib.

O bildirib ki, seysmoloji stansiyaların proqnozları 10 günü əhatə edir: "Ölkəmizdə 4-5 dağıdıcı zəlzələ olub.  Azərbaycanda yenidən dağıcıdı zəlzələnin olub-olmayacağını heç kim dəqiq deyə bilməz. Xəzər dənizində baş vermiş zəlzələdən sonra afterşoklar ola bilər. Xəzər dənizində 3 hissədən ibarət platalar var. Onlar hələlik möhkəmdir, yerdəyişməsi gözlənilmir".