-
- 4-07-2023, 14:03
- 489
Azərbaycanda inanılmaz hadisə - Kafe rəhbəri pulu ödəməyən müştərini öldürdü
Sumqayıt şəhərində 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun məhkəməsi başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, hadisə 80 manat borc pula görə baş verib. Belə ki, Rüfət Sumqayıt ərazisində “Anar” adlı kafeni icarəyə götürərək işlədib. Oranın daimi müştərisi olan Elçin adlı şəxsin kafeyə 80 manata yaxın borcu yaranıb. Bundan sonra Rüfət kafeni bağlayıb başqa şəxsə təhvil verməyə qərar verib. O, kafeni bağlayarkən borclu şəxslərə zəng edib pulunu tələb edib. Bununla bağlı Elçinə zəng vuran Rüfət onunla mübahisə edib. Belə ki, Elçin pulunun olmadığını deyib. Bundan sonra Rüfətlə Elçin şəhər ərazisində görüşüblər. Bu zaman Rüfət Elçini döyərək xəsarət yetirib. Dostunun döyüldüyünü eşidən Rövşən Musayev isə kafeni işlədən Rüfətə zəng edərək onunla mübahisə edib. Mübahisə zamanı təhqiramiz ifadələr işlədildiyinə görə onlar görüşüblər və qətl də bu zaman törədilib.
Hadisəni törədən Rüfət Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. O, məhkəmədəki ifadəsində hadisənin söyüşə görə baş verdiyini deyib:
Elçinlə mübahisədən sonra bir-birimizdən ayrılıb getmişdik. Daha sonra mənə Rövşən zəng elədi. Rövşən dəfələrlə Elçinlə birlikdə işlətdiyim kafeyə gəlib onunla yeyib içmişdi. Lakin Rövşən heç vaxt kafedə ödəniş etməyib. Rövşənə dedim ki, bu məsələ Elçinlə mənim aramdadır, özüm bilərəm. Rövşən bildirdi ki, guya mən Elçinə qarşı yekəxanalıq edirəm. Dedim ki, yekəxanalıq etmirəm, borcumu istəyirəm, sən onsuzda kafedə pul ödəyən olmaısan, sənlik bir şey yoxdur. Bu söz Rövşənin xoşuna gəlmədi, daha da qəzəbli danışmağa başladı. Mən də çox danışmadan telefonu söndürdüm.
Bundan sonra Rövşən yenidən Rüfətə zəng edib və onlar görüşməyə qərar veriblər. Bu zaman tərəflər arasında yaranan davada Rüfət Rövşəni bıçaqlayaraq öldürüb.
Məhkəmədə mərhum Rövşən Musayev ailəsi də Rüfəti bağışladıqlarını bildiriblər.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qətl törətmiş R.Məmmədovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edib.
Taleh BAĞIROV