-
- 24-05-2022, 09:51
- 424
Kafe sahibi “gedin” dedi, dava düşdü, 1 qardaş öldürüldü, digəri isə...
Ötən il sentyabrın 12-i saat 23 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri –Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşfiq Zeynalovaya isə xəsarətlər yetirilməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesin yekununda “Ələkbəroğlu” kafesində 2 qardaşı öldürməyə cəhd edən və onlardan birini öldürüb digərini ağır yaralayan 1986-cı il təvəllüdlü Sabir Məmmədova 16 il azadlıqdan məhrumetmə cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Müşfiq, qardaşı Yaşar, tanşları Sabir və daha bir nəfər kafedə yeyib içiblər. Onlar xeyli miqdarda araq və pivə qəbul edərək sərxoş vəziyyətə düşüblər. Kafeni işlədən qadın axşam saat 23 radələrində obyekti bağladıqlarını deyərək onları bayıra çıxarmaq istəsələr də həmin şəxslər kafenin bağ sahəsində yeyib içməyə davam ediblər. Bu zaman söyüş üstündə onların arasında dava-dalaş yaranıb. Nəticədə Sabir bıçaqla Yaşar və qardaşı Müşfiqə hücum edib. Yaşar aldığı xəsarətlərdən yerindəcə ölüb, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə vaxtı kafeni işlədən qadın Sabirin daha ağır cinayət törətməsinə mane olub, onu qucaqlayaraq çölə çıxarıb.
Daha sonra Sabir Məmmədov xalasının evinə gedib və polislər onu orada saxlayaraq istintaqa təhvil veriblər.
Məhkəmə prosesində S.Məmmədov Cinayət Məcəlləsinin 120.2.3 (Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar öldürm), 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib.