“Səbail” İsraildən oyunçu gətirdi
    • 4-07-2023, 20:06
    • 186

“Səbail” İsraildən oyunçu gətirdi

“Səbail” heyətinə yeni futbolçu qatıb.

News24.az​​​ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi müdafiəçi Nir Bardeanı transfer edib. İsrailli futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nir Bardeanın son klubu "Makkabi" (Bney-Reyneh, İsrail) olub. O, 2022/23-cü illərdə bu komandada oynayıb.

Xatırladaq ki, "Səbail" daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev, Bahadur Həziyev və Amil Yunanovu sıralarına cəlb edib.