İtaliya nəhəngi 17 yaşlı türk ulduz üçün HƏRƏKƏTƏ KEÇDİ
    • 13-01-2023, 11:05
    • 215

İtaliya nəhəngi 17 yaşlı türk ulduz üçün HƏRƏKƏTƏ KEÇDİ

İtaliya A Seriyasının təmsilçisi “Napoli” Türkiyənin  “Fənərbağça” klubunun 17 yaşlı futbolçusu Arda Gülərin transferi üçün “rəsmi” təklif göndərməyə hazırlaşır.

News24.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, “Napoli”nin idman direktoru Kriştiano Gintoli Arda Gülərin transferi üçün danışıqlara başlayacaq. 

Həmçinin qeyd edilir ki, “Fənərbağça” cəbhəsində Gintoli ilə danışıqları idman direktoru Mario Branko aparacaq. 

Qeyd edək ki, 17 yaşlı yarımmüdafiəçi Türkiyə Superliqasında 2, Avropa Liqasında isə 1 qol vurub.