Azərbaycanda sel daşqınları gözlənilir? —  AÇIQLAMA
    • 5-07-2023, 15:56
    • 247

Azərbaycanda sel daşqınları gözlənilir? — AÇIQLAMA

“Son 6 ay ərzində Azərbaycanda 84-cü instensiv sel daşqınını Quba və Xaçmaz rayonunda, Vəlvələ çayında müşahidə etdik”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev News24.az-a açıqlamasında deyib. 

O bildirib ki, qlobal iqlim dəyişikliyi nəticəsində son illərdə ölkə ərazisində havanın orta temperaturunun artması, çaylarda suluğun azalması prosesləri ilə yanaşı, təhlükəli Hidrometereloji hadisələrin baş vermə intervalları da artıb.

Həmçinin bildirib ki, bu cür daşqınların iyul və avqust aylarında da baş verməsi istisna edilmir. 

Nərmin MURAD