"Elzanın üzv olduğu AYB-də qalmağı özümə təhqir bilirəm"
    • 6-07-2023, 16:45
    • 12 368

"Elzanın üzv olduğu AYB-də qalmağı özümə təhqir bilirəm"

"Mən nəhənglərin üzv olduğu birlikdə Elza ilə bir yerdə qala bilmərəm".

Bunu News24.az-a açıqlamasında Elza Seyidcahanın AYB-yə üzv olmasından sonra birlikdən ayrılan şair Mürvət Qədimoğlu Həkəri deyib. 

Şair AYB üzvlüyündən ayrılmasının özünü gündəmə gətirmək məqsədi ilə olduğu haqda iddialara da cavab verib:

"Mənim 72 yaşım var. 20 ilə yaxındır ki, AYB-nin üzvüyəm. 20-ə yaxın kitabın müəllifiyəm. Vətən həsrəti, yurd nisgili, torpaq sevgisi, ata yurda heyranlıq yazılarım əsas qayəsini təşkil edir. Yəni 5-3 vətənpərvər yazardan biriyəm. Bu yaşımda gündəmə gəlməyə ehtiyacım var? Şeirsevərlər, ədəbi aləm məni çox yaxşı tanıyır. Mən tanınmasaydım, yazdıqlarıma o cür reaksiyalar olmazdı. Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən, AYB-nin üzvlüyündən çıxıram. Vaxtilə nəhəng söz ustadlarının üzv olduğu birlikdə Elza ilə bir yerdə qala bilmərəm, vəssalam".

Qumral Əliyeva