Nikol İlon Maskla sevgili olma iddialarına cavab verdi
    • 6-07-2023, 18:26
    • 190

Nikol İlon Maskla sevgili olma iddialarına cavab verdi

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın “Google” kompaniyasının həmtəsisçisi, milyarder Sergey Brinin ikinci həyat yoldaşı Nikol Şanahanla eşq yaşadığı iddia edilib.

News24.az xəbər verir ki, Nikol şayiələrə münasibət bildirib. Onun sözlərinə görə, İlon Maskla onu yalnız dostluq və ümumi maraqlar bağlayır.

"Elonla aramızda sevgi, ehtiras var idi? Yox. Romantik münasibətimiz olub? Yox... Bizim münasibətimiz olmayıb" deyə, o, əlavə edib.

Qeyd edək ki, 2021-ci ildə Şanahan milyarder Brindən ayrılıb. 2022-ci ilin iyulunda "The Wall Street Journal" Şanahanın Elon ilə görüşünün onların həyat yoldaşlarından ayrılmasına səbəb olduğunu yazıb. Brin özü boşanma səbəbi kimi fikir ayrılığını göstərib. Həm Şanahan, həm də Mask romanları haqqında məlumatları təkzib ediblər. 

Nikol etiraf edib ki, maskla autizmli qızının müalicəsi imkanlarını müzakirə edib./axşam.az/