Lənkəranda dəmiryolunda taxta şpallar yandı
    • 6-07-2023, 18:38
    • 178

Lənkəranda dəmiryolunda taxta şpallar yandı

Lənkəran şəhərinin Sütəmurdov kəndində 400 m² sahədə quru ot və dəmiryolu xəttində 63 ədəd taxta şpal qismən yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bidirilib ki, dəmiryolu xəttinin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.