Günəş qasırğası ABŞ-da enerji təchizatında fasilə yarada bilər
    • 11-05-2024, 16:30
    • 153

Günəş qasırğası ABŞ-da enerji təchizatında fasilə yarada bilər

Şiddətli Günəş qasırğası həftə sonu ABŞ-da qütb parıltısı yarada, elektrik təchizatı və kommunikasiyada fasiləyə səbəb ola bilər.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının xəbərdarlığında deyilir. Bildirilir ki, Günəşdə partlayış dalğası Yerə gözləniləndən bir neçə saat əvvəl çatıb. Onun fəsadları gələn həftəyə qədər davam edə bilər.

Agentlik elektrik stansiyalarının, komik gəmilərin operatorlarına və Fövqəladə Hallar üzrə Federal Agentliyə ehtiyat tədbirləri görməklə bağlı xəbərdarlıq edib.