Bərdədə əlil arabasında olan piyadanı "KamAZ" vuraraq öldürdü - FOTO
    • 6-07-2023, 23:39
    • 253

Bərdədə əlil arabasında olan piyadanı "KamAZ" vuraraq öldürdü - FOTO

Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az​​​ APA-ya istinadla xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunun rayonun Cəyirli kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, "KamAZ" markalı yük avtomobil əlil arabası ilə yolu keçmək istəyən Hüseyn adlı şəxsi vurub.

Zərbənin təsirindən o, əks istiqamətdə hərəkətdə olan "VAZ 2107" markalı avtomobilinə dəyib.

Əlil arabasında olan şəxs aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.

"KamAZ" markalı yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.