Naxçıvanda aviakassaların iş vaxtı artırıldı
    • 7-07-2023, 16:49
    • 257

Naxçıvanda aviakassaların iş vaxtı artırıldı

Naxçıvan şəhərində aviakassaların iş vaxtı 2 saat artırılıb.

News24.az xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanından bildirilib.

Məlumata görə, bu addım sərnişin sıxlığı nəzərə alınaraq atılıb. Beləliklə, bundan sonra aviakassalar saat 09:00-dan 19:00-a qədər deyil, saat 07:00-dan 19:00-a qədər işləyəcək.

Paralel oalraq aviabiletlərin onlayn satışı da həyata keçirilir.