NATO Baş katibi: “Rusiya Ukraynada kasetli silahlardan istifadə edir”
    • 7-07-2023, 18:44
    • 304

NATO Baş katibi: “Rusiya Ukraynada kasetli silahlardan istifadə edir”

“Rusiya Ukraynada kasetli silahlardan istifadə edir”.

News24.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, hazırda Ukraynada amansız müharibə gedir: “Rusiya öz amansız müharibəsində kasetli sursatlardan başqa bir ölkəni işğal etmək üçün istifadə edir. Bu amansız müharibəyə son qoymağın ən yaxşı yolu Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın başqa ölkəyə hücumu dayandırmasıdır”.

Baş katib bildirib ki, NATO-nun kasetli sursatların qadağan olunması Konvensiyası ilə bağlı mövqeyi yoxdur: “Bir sıra müttəfiqlərimiz Konvensiyanı imzalayıblar, lakin müttəfiqlərin bəzisi isə bunu imzalamayıb”.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden ölkəsinin Ukraynaya kasetli silahlar verəcəyini təsdiqləyib./report/