Şavkat Mirziyoyev prezident seçkilərində səs verib
    • 9-07-2023, 10:57
    • 223

Şavkat Mirziyoyev prezident seçkilərində səs verib

Özbəkistan prezidentliyinə namizəd Şavkat Mirziyoyev yerli vaxtla saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 9:00) Daşkənddəki 59-cu seçki məntəqəsində səs verib.

Bu barədə News24.az xarici mətbuata istinadən xəbər verir.


Mirziyoyevi həyat yoldaşı, övladları və nəvələri müşayiət edib. Prezidentliyə namizəd səs verdikdən sonra seçki məntəqəsinə gələn yerli sakinlərlə danışıb.

Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.

Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.