Atatürk prospektində dəhşətli hadisə: Süpürgəçi qadın öldü
    • 10-07-2023, 12:25
    • 621

Atatürk prospektində dəhşətli hadisə: Süpürgəçi qadın öldü

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Samux rayon sakini E. İlyasov idarə etdiyi Mercedes markalı avtomobil ilə Gəncə şəhəri Atatürk prospekti və S. Vurğun küçəsinin kəsişməsində yolu keçmək istəyən qadını vurub.

Nəticədə, piyada 1970-ci il təvəllüdlü Gəncə şəhər Rahilə Hüseynovan aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.
Vəfat edən piyadanın Gəncə MKTB-də süpürgəçi kimi çalışdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Taleh Bağırov