Bakıda neçə nəfəri gün vurub? - AÇIQLAMA
    • 10-07-2023, 15:50
    • 232

Bakıda neçə nəfəri gün vurub? - AÇIQLAMA

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.

TƏBİB-dən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib.

Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.

Qumral Əliyeva