Azərbaycanda yarım milyonluq şirkət məhkəməyə verildi
    • 10-07-2023, 16:57
    • 337

Azərbaycanda yarım milyonluq şirkət məhkəməyə verildi

"GRANDTEK" MMC məhkəməyə verilib. 

News24.az
-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol hazırlanıb.
 
İqtisadi Fəaliyyət Qaydaları Əleyhinə Olan İnzibati Xətalara görə hazırlanmış protokol Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilib.

Bildirək ki, "GRANDTEK" MMC-nin nizannamə kapitalı 495 min 484 AZN-dir. Şirkətin qanuni təmsilçisi Bayramov Natiq Subutay oğludur.

Qeyd edək ki, "GRANDTEK" MMC elektrik avadanlıqlarının quraşdırılması və elektrik avadanlıqların satışı ilə məşğuldur.


Aynurə Pənahqızı