Bakıda hindistanlı narkobaron həbs edildi
    • 10-07-2023, 17:15
    • 200

Bakıda hindistanlı narkobaron həbs edildi

Hindistanın beynəlxalq axtarışa verdiyi şəxs Bakıda tutulub.

News24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib.

Hindistan vətəndaşı Prabhdeep Singh aeroport ərazisində saxlanılıb. Onun barəsində Hindistan Cinayət Məcəlləsinin 21, 25 və 29-cu (narkotik vasitələrin dövriyyəsi, satışı, daşınması və sair) maddələri ilə işin başlanılması və İnterpolun Dehli Bürosu tərəfindən beynəlxalq axtarış elan edilməsi məlum olub.

Saxlanılan şəxs Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.