İranın ermənipərəst siyasiləri Tehran-Bakı münasibətlərinə qarşı... - Şərh
    • 10-07-2023, 18:11
    • 181

İranın ermənipərəst siyasiləri Tehran-Bakı münasibətlərinə qarşı... - Şərh

İranlı politoloq Ehsan Movəhhediyan sosial media hesabında Azərbaycana qarşı təxribat xarakterli açıqlama verib. 

O bildirib ki, İlham Əliyev Ermənistanın iqtisadiyyatını zəiflətməyə çalışır: "Ermənistan ordusu gülləyə güllə ilə cavab verməlidir. İran rəsmilərinə xitabən bildirim ki, artıq bura “Artsax” deyil ki əliniz çatmasın".

İranla münasibətlərin normallaşdığını düşündüyümüz bir vaxtda siyasi şərhçinin belə bir mövqe sərgiləməsində məqsəd nədir? 

Politoloq Amid Əliyev
mövzu ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, ermənipərəst politoloqun mövqeyi təsadüfi deyil. 

Onun sözlərinə görə, bir ilə yaxındır İranla münasibətlərin gərginləşməsi artıq hər iki dövləti, xüsusilə də qarşı tərəfi ciddi narahat edir: 

"Qoşulmama Hərəkatının nazirlər görüşündə İranın xarici işlər naziri Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlər keçirdi. Sonra Azərbaycanın haqlı mövqeyi İran tərəfindən dəstəkləndi. İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atıldı. Çox güman ki, bu məsələlər İranda fəaliyyət göstərən ermənipərəst siyasi füqurları narahat edib. Məhz buna görə onlar Ermənisanın mənafeyini müdafiə edən fikirlər səsləndirməyə başlayıblar”. 

Politoloq hesab edir ki, Azərbaycan-İran münasibətləri normallaşsa, Ermənistan əlindəki "İran kartı"nı da itirəcək və tamamilə təklənmiş vəziyyətə düşəcək.

A.Əliyevin sözlərinə görə, revanşist qüvvələr və erməni lobbisi isə bunu istəmir: “Ona görə də erməni lobbisinin maliyyəsi əsasında İranda işləyən siyasi şərhçilər və hökumət daxilində narazı şəxslər Azərbaycana qarşı bu cür təxribatlı çıxışlarını davam etdirəcəklər. Lakin bunun Azərbaycana heç bir real siyasi təsiri olmayacaq. Məlum olduğu kimi, Naxçıvanla sərhəddə metallurgiya zavodunun tikinti işləri dayandırılıb. Onlar bildirirlər ki, güya Azərbaycan tərəfindən açılan atəş buna səbəb olub. Lakin Hindistanın Ermənistandakı səfirliyi bu faktı dəstəkləməyib.

Bu onu deməyə əsas verir ki, ermənilərin dedikləri hamısı təxribat xarakteri daşıyır. Sözügedən zavodda fəaliyyətin dondurulması Ermənistan iqtisadiyyatına ABŞ-dan gələcək maliyyə vəsaitlərinin dayandırılmasına səbəb oldu. Bu da həm erməniləri, həm də ermənipərəst qüvvələri narahat edir”. 

Arzu