Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
    • 10-07-2023, 22:04
    • 206

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var.

News24.az​​​-ın məlumatına görə, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər rayon sakini - 1987-ci il təvəllüdlü Tünzalə Hökməliyeva və 2008-ci il təvəllüdlü Zəhra Hökməliyeva xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.