-
- 11-07-2023, 13:44
- 406
Qırmızı Xaçın rəngini və üzünü qaraldan hadisələr: Milyonlarla vəsait necə mənimsənilib?
Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb. Faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.
News24.az xəbər verir ki, politoloq Elçin Mirzəbəyli bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin qaçaqmalçılıqla məşğul olması, Laçın-Xankəndi yolu üzərində, Azərbaycanın Ermənistanla şərti sərhəddindəki sərhəd-buraxılış məntəqəsindən müxtəlif növ qaçaqmalın keçirilməsinə cəhd göstərməsi, bu təsisatın tarixində yeni və ilk ikrah doğuran hadisə deyil:
“Bu komitənin “tarixində” “Beynəlxalq Qırmızı Xaç Komitəsi” adından istifadə etməklə offşor şirkətlərinin qeydə alınmasından, əməliyyatların bemefisiarlarının əldə edilməsindən humanitar yardımların, hətta uşaq oyuncaqlarının satılmasından, dələduzluğa, ştat cədvəlinin süni şəkildə şişirdilərək donorların ayırdığı vəsaitlərin mənimsənilməsinə kimi çoxsaylı cinayətlər yer alıb.
Panamada fəaliyyət göstərən “Mossack Fonseca” adlı hüquq şirkətinin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə “işbirliyinə gedərək, Komitənin adından ofşor şirkətlərini qeydiyyata aldırması və bu şirkətlərdən çirkli pulların yuyulmasında istifadə olunması Qırmızı Xaçın rəngini və üzünü qaraldan hadisələrdən sadəcə biridir.
2016-cı ildə Ukraynada, bu ölkənin media resurslarının apardığı araşdırmalar Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbər şəxslərinin humanitar yardımları satması, ödənişli tibb kursları açaraq qanunsuz yollarla pul qazanması və digər korrupsiya, mənimsəmə faktlarını ortaya çıxarmışdı.
2017-ci ildə aparılan istintaq nəticəsində bəlli olub ki, 10 mindən çox insanın həyatına son qoyan Ebola epidemiyası ilə mübarizə üçün ayrılan vəsaitin 5 milyon dolları da Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının “zavalına” gəlib.
İstintaq müəyyən edib ki, Liberiyada proqram həddindən artıq şişirdilib, qiymətli alışlar həyata keçirilib və qondarma işçilərə əmək haqqı ödənilib. Nəticədə 2,7 milyon dollar oğurlanıb.
Syerra-Leonedə təhqiqatlarçılar BQXK əməldaşları ilə yerli bankirlər arasında 2 milyon dollarlıq “sövdələşmə”nin olduğunu aşkarlayıblar. Qvineyada saxta gömrük hesab-fakturaları ilə təxminən bir milyon dolların mənimsənildiyi aşkarlanıb”.
Akqabay