-
- 11-07-2023, 15:36
- 335
Azərbaycanın etimadına qarşılıq "qırmızı təxribat": Bakının cavabı... - General
“Ermənistan tərəfi bu ədalətsiz davranışlarından əl çəkməsə, Azərbaycan antiterror əməliyyatlarına başlamalıdır”.
Bunu News24.az-a açıqlamasında Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyatda olan general-mayor Kürşat Atılqan bildirib.
General qeyd edib ki, ilk növbədə Ermənistana nota verilməli və ondan bu düşmənçilik davranışından əl çəkməsi tələb edilməlidir.
“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında anlaşma memorandumuna zidd vəziyyət yaranarsa, ilk növbədə diplomatik prosesə başlamaq lazımdır. Əgər bu vəziyyətdən bir nəticə alınmazsa, bu razılaşmalara əməl etmək üçün Türkiyə və Rusiyaya vasitəçilik etməyə çağırış edilməlidir. Bu məsələlər hazırlanarkən, eyni vaxtda ordu quruculuğu davam etdirilməli və “Laçın” postunun bağlanması vəziyyətində ediləcək əməliyyat planları nəzərdən keçirilməlidir. Əgər nəticə əldə olunmasa, Ermənistana nota verilməli və razılaşmalara zidd olan bu düşmənçilik davranışından əl çəkməsi tələb edilməlidir. Qarşı tərəf bu ədalətsiz münasibətdən əl çəkməsə, hərbi variant nəzərdən keçirilə bilər”, - K.Atılqan vurğulayıb.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.
Aynurə Pənahqızı