Ermənilər bu gölümüzü məhv edir: Cənubi Qafqazda dəhşətli fəlakət... - FOTO
    • 11-07-2023, 16:54
    • 410

Ermənilər bu gölümüzü məhv edir: Cənubi Qafqazda dəhşətli fəlakət... - FOTO

Kənd təsərrüfatı sahələrinin suvarılması üçün su çatışmazlığı səbəbindən Ermənistan hakimiyyəti avqustda Göyçə gölündən (Sevan) növbəti su qəbulunu həyata keçirməyi planlaşdırır. Lakin Ermənistan rəhbərliyinin təşəbbüsü ekoloqların müqaviməti ilə üzləşib.

News24.az xəbər verir ki, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryan layihəni təqdim edib. layihəyə əsasən Göyçə gölündən suyun alınmasının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. 

Onun sözlərinə görə, suyun qəbulunun artırılması kənd təsərrüfatı ehtiyacları üçün lazımdır: “Məzmun baxımından layihə Göyçədən suyun alınmasının 170 milyon kubmetrdən 240 milyon kubmetrə qədər artırılması təklifidir. Bu, hava şəraiti, su anbarlarının və çayların dolması ilə əlaqədardır”.

Lakin Ermənistan Milli Elmlər Akademiyasının Göyçə gölünün mühafizəsi üzrə ekspert komissiyası Göyçədən suyun alınmasının artırılmasını nəzərdə tutan layihəni rədd edib.

Bundan əvvəl erməni ekoloq Knarik Hovhannisyan xəbərdarlıq edib ki, Göyçə tədricən bataqlığa çevrilir. Buna Göyçəyə axan çayların suyunun təmizlənməməsi, gölün yaxınlığındakı turizm bazalarından suların axıdılması, həmçinin həddindən artıq su qəbulu kimi amillər şərait yaradır.



Göyçə gölünün aqibəti necə olacaq?

Rusiya Ekologiya Cəmiyyətinin sədri Rəşid İsmayılov “Vestnik Kavkaza”a müsahibəsində Göyçənin su ehtiyatlarının tükənməsinin bütün Cənubi Qafqazda ekoloji vəziyyətə mənfi təsir göstərəcəyini vurğulayıb.

“Göyçə Milli Parkından başlayaraq makro regionun bütün ekosistemi üçün risklər var. Göldən suyun həddən artıq çəkilməsi sahil zolağının dayazlaşması, biomüxtəlifliyin itirilməsi və şirin su çatışmazlığı təhlükəsi yaradır. Əslində, göl bataqlıq əraziyə çevrilir”, - deyə o vurğulayıb.

“Buna mütləq şəkildə elektrik enerjisi istehsalının azalması da əlavə olunacaq və bu, istehlakçılar üçün kəsirdir. Təəssüf ki, yalnız məhdud sayda alətlər Göyçəni qurumaqdan qoruya bilər. Bu, ilk növbədə Ermənistanın milli ekoloji siyasətinə və riskinə aiddir. Sakinlərin UNEP-ə müraciət etmək seçimi var, amma indi ekologiya deyil, siyasət prioritetdir”, - deyə Rəşid İsmayılov əlavə edib.

Akqabay