Dərsliklərlə bağlı müsabiqə elan olundu
    • 12-07-2023, 11:09
    • 110

Dərsliklərlə bağlı müsabiqə elan olundu

Təhsil İnstitutu təhsilin müxtəlif pillə və səviyyələri üzrə “Təlim resurslarının (dərslik, əlavə dərs vəsaiti, metodik vəsait və s.-nin) ekspertizası şurası”nın (TREŞ) formalaşdırılmasına dair müsabiqə elan edib.

Bu barədə News24.az-a institutun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə Azərbaycan dili, biologiya, coğrafiya, fizika, ingilis dili, kimya, riyaziyyat elmləri üzrə alimlər və müvafiq fənlər üzrə metodistlər, müəllimlər iştirak edə bilərlər.

Namizədlər müsabiqə üçün məlumatı (CV-ni) “Ekspert” başlığı altında [email protected] və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Müsabiqə CV-lərin araşdırılması və müsahibə mərhələlərindən ibarət olacaq. Qaliblərlə uyğun fənn üzrə TREŞ-in eksperti kimi müqavilə bağlanacaq və onlar təlimlərə cəlb olunacaqlar.