UEFA "Qarabağ"a ödəniş etdi
    • 12-07-2023, 15:33
    • 349

UEFA "Qarabağ"a ödəniş etdi

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

News24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştiraka görə "köhlən atlar"a 27.943 (iyirmi yeddi min doqquz yüz qırx üç) avro maliyyə vəsaiti ayırıb.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.