Makrona içərisində insan barmağı olan zərf göndərildi
    • 13-07-2023, 09:48
    • 164

Makrona içərisində insan barmağı olan zərf göndərildi

Fransada Yelisey Sarayına içərisində insan barmağı olan məktub göndərilib.

News24.az xəbər verir ki, iyulun 9-10-da saray yazışma xidməti poçtla məktub alıb. Zərf açılan zaman onun içində insan barmağı aşkarlanıb. Hadisə ənənəvi olaraq iyulun 14-də qeyd olunan Bastiliya Günü milli bayramı ərəfəsində baş verib.

Barmaq polisin yeməklərini saxladığı soyuducuya yerləşdirilib.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibi olan şəxsi tapıblar.

Amma təfərrüatlar məlum deyil. Yelisey Sarayı vəziyyəti şərh etməkdən imtina edib