Moskvadan üçtərəfli görüşə REAKSİYA
    • 13-07-2023, 17:00
    • 590

Moskvadan üçtərəfli görüşə REAKSİYA

Moskva Bakı ilə İrəvan arasında sülhə gətirib çıxaracaq istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir. 

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla iyulun 15-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, hər hansı bir nəticə çıxarmaq hələ tezdir. “Biz davamlı sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyirik. Ona görə də görüşün nəticələrinə əsasən nəticə çıxarmaq lazımdır”, - Zaxarova bildirib.

Akqabay