Keçmiş sevgilisini hamının gözü önündə döydü - Bakıda parkda insident
    • 13-07-2023, 17:34
    • 205

Keçmiş sevgilisini hamının gözü önündə döydü - Bakıda parkda insident

Bakı şəhər Yasamal rayonu Moskva prospektində yeni salınmış Meşə parkda insident baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü, Tovuzun Böyük Qışlaq kənd sakini Vüqar Səlimov tanışı Nəzrin Kərimovaya hücum edərək ona zərbələr endirib. Hadisə vaxtı Nəzrinin 2 yaşlı oğlu da yanında olub. Vüqar gənc qadının üzünə ağır zərbələr endirib. 

Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən qadın daha sonra palataya köçürülüb və səhhəti normallaşdıqdan sonra evə buraxılıb.

Vüqarın barəsində isə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq – silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, Vüqarla Nəzrin əvvəllər “Milla” dondurma şirkətində birgə işləyiblər. 4-5 il əvvəl onlar evlənmək istəsə də, Vüqarın ailəsi buna razı olmayıb və ayrılıblar. Nəzrin başqa şəxslə ailə həyatı qurub. 

Bir müddət sonra Vüqar Nəzrinə mütəmadi zəng etməyə başlayıb. Onu ailəsi və yaxın qohumları haqqında nalayiq sözlər deməkdə təqsirləndirib. O, keçmiş sevgilisi ilə haqq-hesab çəkmək üçün onun olduğu yer-parka gəlib. Nəzrinin qarşısını kəsərək ona hücum edib və yumruqla zərbələr endirərib. Daha sonra onu bıçağın tiyəsi ilə vurub.

Məhkəmədə Nəzrin keçmiş sevgilisindən şikayətçi olmayıb. Yasamal Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli hökmü ilə Vüqar Səlimova 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Taleh Bağırov