Futbolçumuz İrəvanda erməni komandasına qarşı oynadı
    • 13-07-2023, 21:32
    • 405

Futbolçumuz İrəvanda erməni komandasına qarşı oynadı

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın "Eqnatiya" klubu UEFA Konfrans Liqasının I təsnifat mərhələsində ilk görüşünü keçirib.

News24.az​​​ xəbər verir ki, komanda Ermənistanda "Ararat-Armenia"nın qonağı olub.

İrəvandakı görüş 1:1 hesabı ilə başa çatıb.

Vüsal İsgəndərli 59-cu dəqiqədə meydana çıxıb. 28 yaşlı yarımmüdafiəçi Gutis Paulauskası əvəzləyib.

Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması bir həftə sonra Albaniyada olacaq.