-
- 14-07-2023, 14:47
- 426
Xankəndidə "xalq hərəkatı" şousu - Separatçıların sonu çatdı
“Ermənistan, erməni diasporu və lobbisi vasitəsilə, 1987-ci ildən başlayaraq, Qarabağın Azərbaycandan qopardılması üçün başladılan, sonradan yerini işğala verən separatizm dalğası, həmin dövrdə tarixi torpaqlarımızın Ermənistana birləşdirilməsi məqsədilə yaradılmışdı və “Miatsum” (birləşmə) adlanırdı. 44 günlük müharibə nəticəsində erməni ultramillətçilərinin və separatçı-terrorçularının bütün digər qanunsuz, beynəlxalq hüquqa zidd iddiaları kimi “Miatsum” da cəhənnəmə göndərildi və məlum olduğu kimi oradan da geriyə dönüş yoxdur”.
Bu sözləri News24.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli separatçıların “xalq hərəkatı” adı altında başladıqları aksiyaya münasibət bildirərkən deyib.
O qeyd edib ki, 44 günlük müharibədən sonra, Qarabağ və anklavda olan yaşayış məntəqələri də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan və təbii ki, bu yanaşmaya hüquqi baxımdan müdaxilə edə bilməyən ermənilik “valı” dəyişmək və öz iddialarını “insan hüquqları” kontekstindən təqdim etməyə başladılar:
“Sözügedən müstəvidə də Ermənistan, erməni diasporu və lobbisinin, eləcə də Fransa kimi neokolonialist ölkələrin Azərbaycana qarşı apardıqları kampaniya, həmçinin rəsmi İrəvanın və separatçıların təxribatları nəticə vermədi. Azərbaycan həm təxribatların qarşısını çevik və sərt reaksiya verməklə aldı, həm də Laçın istiqamətində Ermənistanla sərhəddə və Laçın yolu üzərində nəzarəti tam ələ aldı. Bunun davamı olaraq, Ermənistan və himayəçiləri Azərbaycan ərazisində yaşayan erməni sakinlərin, guya “blokadada” olduğu, ərazidə “humanitar fəlakət yarandığı” barədə, xüsusilə Qərb blokunun dəstəyini almaq üçün təbliğata başladılar, sərhəd nəzarət-buraxılış məntəqəsinin qaldırılması, Laçın yolunun təhlükəsizliyinə təmin edən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin ərazidən çıxırılması niyyəti ilə ölkəmizə qarşı beynəlxalq təzyiqlərin təşkil edilməsi üçün Beynəlxalq Ədalət Məhkəməsinə üz tutdular və məlum olduğu kimi məhkəmə İrəvanın iddialarını rədd etdi”.
Politoloq bildirib ki, artıq Ermənistan və digərlərinin bu kontekstdə iddialarının heç bir nəticəsi olmayacaq: “Görünür, bu səbəbdən ermənilər yenə də “valı” dəyişmək qərarına gəliblər və “xalq hərəkatı” adı atında üzlərini digər qütb istiqamətində tutaraq, Ukrayna, Gürcüstan və Moldova ərazilərindəki qondarma rejimlərin “taktika”sını tətbiq etməyə başlayıblar. Daha doğrusu, buna cəhd edirlər. Məlum olduğu kimi, erməni xalqı Ermənistanda yaşayır və tarixi Azərbaycan ərazilərində, artıq bir dəfə dövlətəbənzər monoetnik təsisatlarını qurublar. Azərbaycan dövlətinin qurucusu isə Azərbaycan xalqıdır və Azərbaycan torpaqlarında yaşayan erməni icmasının nümayəndələri də, Azərbaycan türkləri də daxil omaqla Azərbaycan xalqını təşkil edən, ortaq vətənimiz üçün hər cür fədakarlıq nümayiş etdirən, Azərbaycan Respublikasına şərəflə xidmət edən qardaş və bacılarımızdan fərqli olaraq, separatçı davranışlar sərgiləsələr də belə, de-yure öz dövlətlərini qurmuş hesab edilirlər”.
Elçin Mirzəbəyli vurğulayıb ki, əgər ermənilər kompakt yaşadıqları hər yerdə “dövlət” qurmaq iddiası ilə çıxış edirlərsə, o zaman onların ilk növbədə Fransada, ABŞ-da və Rusyada “dövlət”ləri olmalıdır: “Sözügedən ölkələrdə, həm də kompakt yaşayan ermənilərin sayı, Azərbaycandakı erməni icmasından dəfələrlə çoxdur. Özlərinə, vaxtilə imperialist güclərin vahid Azərbaycan coğrafiyasından qopardaraq onlara yurd etdiyi bir ərazidə ortababdan da aşağı bir dövlət qura bilməyən toplumun “ikinci”, “üçüncü” “dövlət qurmaq” iddiası ilə yaşaması xəstə təfəkkürdən başqa bir şey deyil”.
Politoloq əlavə edib ki, Azərbaycan torpaqlarının qəsb edilməsinə xidmət edən bütün ideyalar kimi, separatçıların “xalq hərəkatı” da ölümə məhkumdur: “İlk növbədə siyasi və hüquqi baxımdan. Əgər eyni iddialarına davam etsələr, məsələ digər aspektlərdən də dəyərləndirilə bilər”.
Akqabay Mıradov