-
- 14-07-2023, 17:51
- 475
Himayədar ailəyə ildə 4 dəfə 200 manat veriləcək - VİDEO
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları ilə Azərbaycanda himayədar ailə institutunun tətbiqinə başlanır. Dünyada geniş yayılmış təcrübələrdən biri olan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsini nəzərdə tutur. Məqsəd həmin uşaqların ailə mühitində yaşamaları və inkişafına şərait yaratmaqdır. Dövlət başçısının 2022-ci il 15 fevral tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti sahəsində səlahiyyətlər ötən ilin 1 noyabrından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
"Himayədar ailə" qayğı modelinin funksiyaları haqda News24.az -a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Gülnar Bəhrəmova deyir ki, "Himayədar ailə" övladlığagötürmə demək deyil.
Onun sözlərinə görə himayədar valideyn statusunu əldə etmək istəyən şəxslər üçün qaydalar belədir: Nikahda olan şəxslərdən biri (ər və ya arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün yaş həddi 30 müəyyən edilib. Nikahda olmayan şəxslərlə ona himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır. 7 yaşına çatmış uşaq himayədar ailəyə onun fikri nəzərə alınmaqla, 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə veriləcək. Himayədar ailələrə himayəyə götürdükləri hər uşağın tərbiyə edilməsinə görə aylıq müavinət uşaqların yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq 355 - 435 manat arası məbləğlərdə müəyyən edilib. Həmin uşaqlara mövsümi geyim alınması üçün himayədar ailəyə ildə 4 dəfə birdəfəlik müavinət ( 200 manat ) veriləcək.
Ayfər Nizaməddinqızı